Redaktor seçimi
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
Günün xəbəri

Pekində Azərbaycan və Çin müdafiə nazirlərinin görüşü keçirilib

 

 

 Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının üzvü, ÇXR-in Milli Müdafiə naziri general-polkovnik Vey Fenxenin dəvəti ilə Pekində rəsmi səfərdədir. Aprelin 27-də ÇXR-in Milli Müdafiə Nazirliyində Azərbaycanın Müdafiə nazirinin rəsmi qarşılanma mərasimindən sonra iki ölkənin müdafiə nazirlərinin görüşü olub

 

Yenixeber.org: Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

V.Fenxe Çin ilə Azərbaycanın coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, xalqlarımız arasında tarixən dostluq münasibətlərinin olduğunu qeyd edib. O, bu münasibətlərin yaranmasında tarixi İpək yolunun vacib rol oynadığını da bildirib.
26 il əvvəl iki ölkə arasında qurulan diplomatik əlaqələrin müasir dövrdə də inkişaf etdiyini diqqətə çatdıran çinli nazir, əlavə edib ki, ötən müddətdə müxtəlif sahələrdə əməkdaşlığımız genişlənib, qarşılıqlı siyasi etimad xeyli güclənib.
V.Fenxe “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində ölkələrimizin əməkdaşlığı üçün yeni imkanların yarandığını, Azərbaycanın bu strategiyaya verdiyi böyük dəstəyi məmnunluqla qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam