Redaktor seçimi
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
Günün xəbəri

Leontyevdən İrəvana: Arvad, düş arabadan!- Sensasiya

 

 

 

Ermənistan tarixi, siyasi, fiziki və maddi cəhətdən Rusiya üçün əngəldir.

Yenixeber.org: Bu sözləri Rusiyanın "Rosneft” neft şirkətinin vitse-prezidenti, məşhur jurnalist Mixail Leontyev "Komsomolskaya pravda” radio proqramında Ermənistanda baş verən hadisələrlə bağlı çıxışı zamanı deyib.

“Bu yük lap əvvəldən olub. Əgər onlar ayrılmaq istəyirlərsə, o zaman, üzr istəyirəm, “arvad, arabadan düş, sənsiz daha rahatdır” (qədim rus deyimi, “yaxşı yol”, “xoş getdin” mənasında) və hər şeyə nöqtə qoyaq. Deməli, onlar indi son açıqlamalara qədər öz siyasi kariyerası dediklərinin tam əksi olan birinə qarşı mitinqlər keçiriblər. Bu onun siyasi manifestinin əsas anlamı idi. Yaxşı, onlar ayrılmaq istəyirlərsə, buyursunlar, qardaş Azərbaycan xalqı ilə münasibətlərimizə kölgə salmağı dayandırsınlar”, - Leontyev deyib.

Onun sözlərinə görə, Rusiya özü Ermənistanı satmayacaq.

 

“Biz özümüz bunu heç vaxt etməyəcəyik. Çünki biz satqın deyilik. Orada barmağınızı büküb bizə necə xəyanət edəcəyinizdən danışmaq lazım deyil. Allah xatirinə, dünyada bizdən başqa kimə lazımsınız? Bizdən başqa heç kimə lazım deyilsiniz. Əgər özünüzə də lazım deyilsiniz və axmaqsınızsa, onda xahiş edirəm, gedin, özünüzü boğun. Yalnız bizim dəstəyimiz və ümumiyyətlə, mövcud olmağımız sayəsində var olan bir xalqın bizi xəyanətlə şantaj etməyə haqqı yoxdur. Haqqı yoxdur. Kimsə ağzını kiçicik də olsa açaraq belə bir şey deyirsə, o zaman bu faktı anlamalıdır – onların buna haqqı yoxdur. Əgər biz olmasaydıq, fiziki olaraq nə bir erməni, nə də hansısa bir Ermənistan var idi. Təbiətdə olmazdı, ola da bilməzdi”, - jurnalist bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam