Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Ruhani ABŞ ilə danışıqlara başlamaq üçün şərtlərini açıqlayıb

 

İran Vaşinqton Tehrana qarşı münasibətini dəyişəcəyi təqdirdə, ABŞ ilə danışıqlar barədə qərar qəbul edəcək.

Yenixeber.org: RİA "Novosti" xəbər verir ki, bunu BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedən İran prezidenti Həsən Ruhani deyib.

"Bu gün bizim ABŞ prezidentinin hərəkətləri ilə bağlı hər hansı bir ümidimiz yoxdur… Əgər biz nə vaxtsa ABŞ-ın münasibətləri bərpa etməyə dair həqiqi cəhdlərini görsək, o zaman qərar qəbul edəcəyik (danışıqlar barədə – red.), o zaman yeni mühit olacaq", - deyə prezidentin rəsmi saytı onun sözlərini sitat gətirib.

Prezident ABŞ-ın nüvə sövdələşməsindən çıxmasını səhv addım adlandıraraq, Vaşinqtonun hər hansı bir səbəb olmadan İrana qarşı sanksiyalar tətbiq etdiyini, ölkənin daxili işlərinə qarışdığını və onu təhdid etdiyini bildirib.

Ruhani həmçinin deyib ki, ABŞ-ın İran neftinin ixracına mane olmaq cəhdləri təhlükəlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam