Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Elmar Məmmədyarov İranın xarici işlər naziri ilə görüşüb -FOTO - VİDEO

 

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovİstanbulda İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb. 

Yenixeber.org: Görüş Dolmabaxça sarayında keçirilib.

Nazirlər iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin hazırkı durumu, o cümlədən nəqliyyat, energetika sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər iki ölkə arasında dərin tarixi köklərin, din və mədəni ortaqlığın olduğunu vurğulayıblar, iki qonşu ölkənin iqtisadi tərəqqi və davamlı inkişafa töhfə verə biləcək sahələrdə əməkdaşlığının  zəruriliyini diqqətə çatdırıblar. XİN başçıları eyni zamanda yeni layihələrin reallaşdırılmasının əhəmiyyətini qeyd ediblər.

Daha sonra Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri - Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zərifin üçtərəfli formatda altıncı görüşü başlayıb.(report) 

Vüsalə Abbasova

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam