Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Bakıda 18, rayonlarda 22 dərəcə isti olacaq -SABAHIN HAVASI

 

Bakıda 18, rayonlarda 22 dərəcə isti olacaq - SABAHIN HAVASI

Sabah Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 3-də hava şəraitinin buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-11, gündüz 15-18, Bakıda gecə 9-11, gündüz 16-18 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 778 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında noyabrın 3-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam Lənkəran-Astara zonasının bəzi yerlərində yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 3-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və iqlim normasına yaxın temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam