Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

Keçmiş müdafiə naziri vəfat etdi

İsrail siyasətində “kübar” deyə ad çıxaran Arens millətçi, liberal və demokratik sionizmin liderlərindən hesab olunurdu.

 

Yenixeber.org: İsrailin keçmiş müdafiə naziri, “Likud” Partiyasının qocamanlarından Moşe Arens 93 yaşında Tel Əviv yaxınlığındakı evində vəfat edib.

İsrail siyasətində “kübar” deyə ad çıxaran Arens millətçi, liberal və demokratik sionizmin liderlərindən hesab olunurdu.

Baş nazir Benyamin Netanyahunun siyasi patronu hesab edilən M.Arens 1974-cü il Knessetə seçiləndən sonra Xarici siyasət və müdafiə komitəsinin sədri olub, 1982-ci ildə ABŞ-da səfir vəzifəsinə, bir il sonra da müdafiə naziri təyin olunub. Həmin vəzifəni müxtəlif vaxtlarda üç dəfə tutan Arens xarici işlər naziri vəzifəsində də çalışıb.

Massaçusets Texnologiya İnstitutunda mexanika mühəndisliyi, Kaliforniya Texnologiya İnstitutunda aeronavtika mühəndisliyi ixtisasına yiyələnən, 1944-1946-cı illərdə ABŞ hərbi mühəndislər korpusunda da çalışmış Arensin ölkəsi qarşısında ən böyük xidmətlərindən biri kimi aviasiya sənayesini inkişaf etdirməsi göstərilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam