Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Sarkisyanın daha bir adamı ABŞ-a qaçdı

Ermənistan parlamentinin eks-deputatı “Şmays” ləqəbli Arakel Movsisyan ABŞ-a qaçıb.

Yenixeber.org: Erməni mediası Movsisyanın Ermənistanda 1,5 milyon dollar kredit borcu olduğunu yazıb. Borclarını ödəməsi üçün Şmays özünün şadlıq sarayı və yarmarkasını satışa çıxarsa da, heç bir uğur əldə etməyib. Bundan sonra Şmays ABŞ vizası almaq üçün Amerika səfirliyinə müraciət edib.

Qeyd edək ki, Arakel Movsisyan Manvel Qriqoryanın yaxın adamlarından biri olub. Movsisyanın parlamentdə deputat seçilməsinə məhz Qriqoryan şərait yaradıb. Qriqoryanın keçmiş döyüş yoldaşı olan Movsisyan sonralar Ermənistan hökumətinin əmriylə müxtəlif cinayətlərin təşkilində də iştirak edib.

Bəzi mənbələr onun Ermənistan parlamentində təşkil edilən teraktın dolayısı iştirakçısı olduğunu bildiriblər. Belə ki, Movsisyanın qardaşı Muşeq Movsisyan (sonradan Muşeq Movsisyan müəmmalı yol qəzasında ölüb – red.) o zaman parlamentdə deputat olub. İddiaya görə, məhz o, terrorçuların parlamentə girişinə şərait yaradanlardan biridir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam