Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Almaniyadakı türklər yeni siyasi partiya yaratdılar –Fotolar

 


Fatih Zingal

  Almaniyayda yaşayan türklər yeni siyasi partiya yaradıblar. 

Yenixeber.org: Avropa Parlamenti seçkilərinə az bir müddət qala yaradılan partiyanın adı “Miqrantlar üçün Alternativ” (Alternative für Migranten) adlanır.

Almaniyada yaşayan türklərin qurduğu yeni partiyanın başqanı Fatih Zingaldır.

Partiyanın adı ilə bağlı danışan F.Zingal deyib ki, adı təsadüfən seçməyiblər. Onun sözlərinə görə, partiya Almaniyada səsini eşitdirə bilməyənlərin partiyası olaraq onların səsini eşitdirəcək .

Partiya başqanı son illər Almaniyada müsəlmanların xüsusilə miqrantların hər cür təzyiqə məruz qaldığını vurğulayıb: “Həmin insanların alan cəmiyyətindən təcrid edilməsinə göz yuma bilmərik. Almaniyanın inkişafına çox böyük dəstək verən bu insanlara ikinci sinif insan münasibəti göstərilə bilməz. Siyasətdə yetərincə təmsil olunmayan miqranların hesabına gündəmdə olan irqçi siyasətçilərin bundan sonrakı fəaliyyətlərinə qarşı olacağıq”.

Partiya başqanı vurğulayıb ki, Avropa Parlamentinə keçirilən seçkilərdə də iştirak etmək qərarı veriblər.

 

Fərhad Çağtürk / AzEuroNews.com / Köln 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam