Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

BMT-nin xüsusi məruzəçisi Camal Qaşıqçının nişanlısı ilə görüşüb

Görüşlər İstanbulun Şişli bölgəsindəki hotellərdən birində mətbuata qapalı şəraitdə baş tutub.

 

Yenixeber.org: Camal Qaşıqçı cinayəti ilə əlaqədar istintaq çərçivəsində Türkiyədə olan BMT-nin qeyri-məhkəmə edamları üzrə xüsusi məruzəçisi Aqnes Kallamard öldürülən səudiyyəli jurnalistin nişanlısı Hatice Cengiz və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb.

Görüşlər İstanbulun Şişli bölgəsindəki hotellərdən birində mətbuata qapalı şəraitdə baş tutub.

Əvvəlcə xüsusi məruzəçi Cengizlə, ardından QHT nümayəndələri ilə görüşüb.

Gün ərzində BMT nümayəndə heyətinin İstanbuldan Ankaraya gedərək danışıqları hökumət səlahiyyətliləri və Türkiyə kəşfiyyatının əməkdaşları ilə davam etdirəcəyi gözlənilir.

Xatırladaq ki, "Washington Post" ilə sıx əməkdaşlıq edən tanınmış səudiyyəli jurnalist Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunun binasında qətlə yetirilib.

Türkiyə Prokurorluğu istintaqın yekunlarına görə, jurnalistin planlaşdırılmış cinayətin qurbanı olduğu nəticəsinə gəlib. Qaşıqçı diplomatik missiya binasına girdikdən dərhal sonra boğulub. Cinayətdən sonra Qaşıqçının meyiti hissələrə bölünərək məhv edilib.

Türkiyə İstanbulda Qaşıqçı işi üzrə məhkəmə prosesinin təşkil edilməsinin tərəfdarıdır və rəsmi Ər-Riyadı jurnalistin qətlə yetirilməsində əli olanları təhvil verməyə çağırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam