Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Azərbaycan NATO-nun qış dağ hazırlığı kursunda təmsil olunur-Foto

 

Gürcüstanın Mtsxeta-Mtianeti regionunda, Qudauri qəsəbəsində NATO-ya üzv və tərəfdaş ölkələrin hərbçiləri üçün aralıq qış dağ hazırlığı kursu keçirilir.

Yenixeber.org: Bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Kurs Alyansın "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində polkovnik Besik Kutateladze adına Saçxere Dağ Hazırlığı Məktəbi tərəfindən keçirilir.

Kursda Azərbaycan, Litva, Belarus, Ukrayna və Gürcüstanın, ümumilikdə 14 hərbçisi iştirak edir. Azərbaycanı təlimdə 1 hərbçi təmsil edir.

Təlim çərçivəsində hərbçilər xizəklərlə hərəkət etmə texnikası və enişli yollarda maneələr cərgəsini keçmək, qarda gecə sığınacağının qurulması və qar uçqununa düşən şəxsin xilas olunması üzrə biliklər əldə edirlər.

Hərbçilər qış dağ hazırlıq kursunun ilkin mərhələsini Samtsxe Cavaxeti bölgəsinin Abuli dağında keçiblər.

"Report" bildirir ki, kurs fevral ayının 8-də başa çatacaq. İştirakçıların hamısı sertifikatlar və mükafat nişanları ilə təltif olunacaqlar. Hazırlıq prosesində fərqlənmiş hərbçilərə qrup rəhbəri tövsiyənamə verəcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam