Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

Rəsmi Moskvadan Tbilisiyə xəbərdarlıq: “Rusiya Gürcüstanla viza rejiminin ləğvinə hazır idi”

“Rusiya Gürcüstanla viza rejiminin ləğvinə hazır idi”.

Yenixeber.org: Bunu Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin “Kommersant” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya viza rejimini maksimum liberal edib: “Rusiyanın istənilən vətəndaşı Gürcütandan istədiyi şəxsi dəvət edə bilər. Rusiyaya səfər edən Gürcüstan vətəndaşlarının sayı ildən ilə artırdı”.

Gürcüstanda baş verən son hadisələrə münasibət bildirən XİN başçısının müavini deyib ki, ölkə gəncləri daxili siyasi mübarizəni antirusiya məcrasına məharətlə çevirə bilən təxribatçıların təsiri altına düşüb: “Mənə elə gəlir ki, indi Tbilisidə bunu hamı başa düşüb. Orada artıq emosiyalardan müəyyən çəkinmə başlayıb”.

Q.Karasin Gürcüstanda baş verənlərə Rusiyanın münasibətini tam adekvat adlandırıb: “Bu, tamamilə adekvat reaksiyadır. Bəli, reaksiya kəskindir, lakin başqa cür ola bilməz. Belə ki, söhbət yüz minlərlə rusiyalı turistdən gedir. Biz onları müxtəlif xuliqanlıq təzahürlərindən doğan təhlükəyə məruz qoya bilmərik. Xüsusən də bu düşmənçiliyi müəyyən siyasi qüvvələr daha da artırırlar”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam