Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

“Hər şey Trampın deyəcəyi kimi olacaq deyə sadəlövh olmayaq” – Çavuşoğludan S-400 və F-35 açıqlaması



Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu S-400 və “Patriot” sistemlrəi ilə bağlı açıqlama verib.

Yenixeber.org: Çavuşoğlu ABŞ prezidentinin Osakada dediyi sözlərin təqdirəlayiq olduğunu, lakin məsuliyyəti təkcə sabiq prezident Obamanın daşımadığını dedyib:

“Tramp hakimiyyətə gəldikdə “Patriot” almaq niyyətimizi yazılı formada ABŞ-a çatdırdıq. Bizə 6 ay sonra cavab gəldi. Bunu sadəcə Obama dövrünün üstünə atmayaq. Trampın hakimiyyətdə olduğu ilk iki ildə “Patriot”la bağlı reaksiya olmadı. Trampın bu bəyanatının Konqresə təsir etdiyi görünür. Biz diplomatik yollarla həll tapmaq istəyirik. S-400-ü alacağıq.

Prezidentin səlahiyyətinə daxil şeylər var. Təxirə salmaq və ya CAATSA kimi Konqresdə təsdiq olunmuş müqavilə. Siyahı var. Bununla bağlı qəti qərar yoxdur. Müzakirə aparırıq. Birgə komissiya təklifimiz də müzakirə predmeti oldu.

S-400 müdafiə sistemidir, hücum sistemi deyil. Təcili hal olduğu zaman fəaliyyətə keçəcək. Birdən-birə S-400-lər niyə fəaliyyətə keçsin ki, əvvəla xərci çoxdur. Türkiyənin hava hücumundan müdafiə sisteminə ehtiyacı var. Ancaq NATO ölkələrindən rica edirik. NATO-nun bu məsələdə potensialı məlumdur. S-400 təcili hallarda istifadə olunan sistemdir. Təhvil tarixi iyulun ortaları üçün danışıldı. Tarix haqda buradakı dostlarımız və Rusiyadakı şəxslər qərar verəcək”.

Türkiyə xarici işlər naziri ABŞ-dan alınacaq F-35 təyyarələri ilə də bağlı münasibət bildirib:

“Tramp F-35 məsələsində fikrini açıq və dəqiq şəkildə dedi. Görüşdə Trampın özü də dedi, belə şey olarmı, ortağımız olan ölkə F-35-lər üçün pul verəcək, amma almayacaq. Hər şey Trampın deyəcəyi kimi olacaq deyə sadəlövh və optimist olmağa da ehtiyac yoxdur. Səbrliyik”.

İdlibdəki hücumlara münasibət bildirən Çavuşoğlu Rusiyanın Əsəd rejimini nəzarətdə saxlamalı olduğunu deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam