Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Bakıda külək, rayonlarda leysan, dolu gözlənilir...-Proqnoz

 

İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilir ki, havanın temperaturunun Abşeron yarımadasında gecə 20-23°, gündüz 26-30°, Bakıda gecə 21-23°, gündüz 28-30° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı - 756 milli civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zaqulba) dəniz suyunun hərarəti 22-23°, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil və Şıx) isə 23-24° isti olacaq.

Azərbaycan rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, leysan xarakterli olacağı, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 19-24°, gündüz 30-35°, dağlarda gecə 12-17°, gündüz 19-24° isti olacağı ehtimal edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam