Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

İstanbulda - işğalçı erməni siyasəti müzakirə olunub

 

İstanbulun Cemil Meric Gənclik, Mədəniyyət və Təhsil mərkəzində "Ermənistanın işğalçı siyasəti və regional təhlükəsizlik" mövzusunda konfrans keçirilib.

Yenixeber.org:  Tədbir Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, "Azərbaycan Aləmi" Mədəniyyət Mərkəzi İctimai Birliyinin və Anadolu 2071sosial media mərkəzinin dəstəyi ilə baş tutub.

Konfransda İstanbul Mədəniyyət müdiri Coşqun Yılmaz, Ümraniyə rayon icra başçısının köməkçisi Yusuf Ethem Koyuncu, Tuzla rayon icra başçısı Ali Akca, "Azərbaycan Aləmi" Mədəniyyət Mərkəzi İctimai Birliyinin rəhbəri Şəhla Yusifova, araşdırmaçı-yazıçı Aygün Həsənoğlu və digərləri iştirak ediblər.

Tədbirdə "Müharibə bölgəsində beynəlxalq hüququn tapdanması", "Osmanlı arxivlərinin araşdırılması", "Ermənilər nə üçün köçürüldü", "Qərbin türk dünyasına baxışı" və digər mövzularda məruzələr oxunub.

Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzular ətrafında müzakirələr aparılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam