Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

“AKP dindən alət kimi istifadədən çəkinməlidir” – Davudoğlundan açıq mesaj

“Demokratik rejimlərdə partiya qurmaq bölücülük deyil”.

Yenixeber.org: Bu sözləri Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu bir qrup jurnalistin suallarına cavab verərkən deyib.

O bildirib ki, AKP-nin dini siyasətə alət etməsi düz deyil: “Mənə gəlib “hara gedirsiniz?” deyənlərlə həmişə ətraflı söhbət etdim. Təəssüf ki, Türkiyədə din siyasətə alət edildi. Bunda bizim payımız varsa, hamımız bununla üzləşməliyik. Dini bir sorğuda ən az güvən din adamlarına duyulursa,  hamımızın bunu düşünməsi vacibdir. Önümüzü kəsməyə çalışsalar da, mən danışacağam.

Əgər mənə başqa yol buraxılmazsa, o zaman partiyamı quracam. Siyasətdə qanun var, boşluq qəbul olunmaz. AKP özünə çəki-düzən verərsə, iqtisadi böhranı həll edəcək siyasət apararsa, kim nəyə ehtiyac hiss etsin ki? Amma bunu etməzlərsə, o zaman partiya qurmaq yeganə seçim olacaq. Bu isə nə xəyanət, nə də səhvdir”.

Davudoğlu son vaxtlar özünə və ailəsinə qarşı təzyiqlərin də qəbuledilməz olduğunu deyib: “Həyat yoldaşımın konfransına niyə mane olunmalıdır ki?. Belə şeylər adamı yaralayır. Çox təəssüf ki, barəmdə hər cür hiyləgər kampaniyalar aparılır”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam