Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Zelenski Müdafiə nazirini itələdi - VİDEO

Dünən Ukrayna Prezidenti Vladimir Zelenski hərbçilər üçün eksperiment modullarına baxış keçirən zaman Müdafiə naziri Stepan Poltorakı itələyib.

Yenixeber.org: Ukrayna lideri ilk öncə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Ruslan Xomçak, Prezident ofisi rəhbərinin müavini Ruslan Ryaboşapka və adı açıqlanmayan daha bir kişi ilə söhbət edib.

Daha sonra o, anidən Müdafiə nazirini kobud şəkildə itələyib.

Dövlət başçısının bu davranışının hansı səbəbdən qaynaqlandığı barədə məlumat yoxdur.

Zelenskinin nazirə qarşı sərt rəftarının əks olunduğu görüntülər KİV və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Onu bu hərəkətinə görə dəstəkləyənlər olsa da, tənqid edənlər çoxluq təşkil edib.

Ruslan Ryaboşapka iddia edib ki, Zelenski Poltorakı itələməyib, sadəcə digər tərəfə keçməsini xahiş edib.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam