Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Sabah hava necə olacaq? – PROQNOZ

İyulun 25-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək, mülayim şimal küləyi arabir güclənəcək.

Yenixeber.org:  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında  gecə 22-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 50-55 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti:

Mülayim şimal küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz  keçəcək, lakin axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti təşkil edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam