Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Trampdan Konqresə kəskin etiraz…

 

Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresi tərəfindən irəli sürülmüş ABŞ silahının satışının məhdudlaşdırılması barədə qanun layihəsi prezident Donald Tramp tərəfindən kəskin etirazla qarşılanıb.

Yenixeber.org: Ağ Evin başçısı 3 qətnaməyə veto qoyub. Qətnamələr ölkənin Səudiyyə Ərəbistanı, Böyük Britaniya, İspaniya və İtaliya dövlətləri ilə yüksək dəqiqlikli silahlar sahəsində hərbi-texniki əməkdaşlığa toxunur.

Trampın fikrincə, qanunvericilər tərəfindən təsdiqlənməmiş sazişlərə qadağa qoyulması ABŞ-ın həmkarlarının yüksək dəqiqlikli döyüş sursatı istehsalı və əldə oluması imkanlarını məhdudlaşdırardı.

Bunun nəticəsi olaraq, belə məhdudiyyətlər Yəməndəki münaqişəni dərinləşdirərdi. Məlumdur ki, bu münaqişədə Səudiyyə Ərəbistanı fəal iştirak edir. Odur ki, belə davranış ABŞ-ın açar müttəfiqlərini kritik məqamlarda dəstəkləyə bilməsi bacarıqlarını sıfıra endirərdi.

Qeyd olunur ki, prezidentin vetosu nəzəri cəhətdən «adlanıla» bilər, ancaq bunun üçün Konqresin hər iki palatasında səslərin 3/2-i lazım gəlir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam