Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Bakıda polis - əcnəbinin pulqabısını taparaq sahibinə təqdim edib

Polis “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak etmək üçün Azərbaycana gələn Avstriya vətəndaşının içərisi sənədlər və pul olan pulqabısını taparaq sahibinə təqdim edib.

Yenixeber.org:   Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, hadisə festivalın üçüncü günündə baş verib.

Belə ki, Nizami Rayon Polis İdarəsinin Post-Patrul Xidməti Bölüyunun polis kiçik serjantı Vəliyəddin Məmişov “Atletlər kəndi”ndə xidmətdə olan zaman yerdən tapdığı pulqabını götürüb və dərhal bu barədə tağım komandirinə məlumat verib.

O, təlimata uyğun hərəkət edərək pulqabını “Atletlər kəndi”ndə yerləşən “Tapıntı Bürosu”na təhvil verib. Təhvil-təslimdən sonra pulqabının Avstriya vətəndaşına məxsus olduğu və içərisində sənədlərlə birlikdə 280 avro olduğu məlum olub.

Qeyd edək ki, polis kiçik serjantı V.Məmişov bu ilin əvvəlindən daxili işlər orqanlarında xidmətə başlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam