Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Bugünün hava proqnozu

 

 
Azərbaycanda iyulun 29-na olan hava proqnozu açıqlanıb.
Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu Abşeronda gecə 22-25° isti, gündüz 30-34° isti, Bakıda gecə 22-24° isti, gündüz 31-33° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 45-55% olacaq. 

Abşeron çimərliklərinə gəldikcə, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. 

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti, Cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında iyulun 29-də gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 12-17° isti, gündüz 19-24° isti təşkil edəcək. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam