Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

İsraildə -virus daşıyıcıları fələstinli məhbuslarla ...


Qəzzadakı Fələstinli qruplar, yeni növ koronavirus yoluxmalarının artması səbəbiylə İsrail həbsxanalarındakı fələstinli məhbusların beynəlxalq müstəvidə müdafiə olunmasını tələb edirlər.
Yenixeber.org: Fələstin İslami və Milli Müqavimət Qüvvələrinin Əsirlər Komitəsi tərəfindən İsrail həbsxanalarındakı fələstinli məhbusların qorunması üçün Qəzzada yerləşən İnsan Hüquqları üzrə Ali Komissarlığa, Qırmızı Xaç Komitəsinə, Ümumdünya Səhiyyə Təşkilatına və Birləşmiş Millətlər Təşkilatına yazılı açıqlama göndərilib.
Komitə tərəfindən göndərilən məktubda İsrail həbsxana rəhbərliyinin məhbuslara qarşı qəsdən tibbi səhlənkarlıq etdikləri və onlara qarşı hücumlarını davam etdirdikləri bildirilib.
Açıqlamada qeyd olunur ki, İsraildə virus daşıyıcısı olan israilli əsgər, həkim, zabit və məhbuslar fələstinli məhbuslarla təmas qurmaları üçün bilərək həbsxanalara yerləşdirilirlər. Həmçinin açıqlamada həbsxana rəhbərliyi tərəfindən fələstinlilərin yüksək təhsilli həkimlər tərəfindən müayinəsinə və həbsxana kameralarının dezinfeksiyasına izin verilmədiyi qeyd edilir.
COVID-19-a yoluxduğu deyilən fələstinli məhbus Kamal Nəcib Əbu Vaarın tibbi laqeydlik nəticəsində dünyasını dəyişdiyi deyilir.
Fələstinli məhbusların beynəlxalq müdafiəsinin təmin olunması, xəstə və yaşlı məhkumların isə qeyd-şərtsiz azad edilməsi istənilir.
Qeyd edək ki, hazırda İsrail həbsxanalarında 3600  inzibati, 160 uşaq və 41 qadın olmaqla 4700 fələstinli məhbus var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam