Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

AZE yerinə OYQ yazıb SMS-İcazə aldıqda cərimələnəcəksiniz -FOTO

Sosial şəbəkələrdə “sms icazən bitibsə vəsiqə nömrənin qarşısına AZE əvəzinə OYQ yaz” məzmunlu video məlumatlar dolaşır.

Yenixeber.org: “SMS İcazə” alərkən AZE seriyasının yerinə OYQ yazdıqda həqiqətən daha 3 saat icazə verildiyinə dair sms gəlir. Amma bu sms ilə sizi polis əməkdaşı saxlasa cərimələnəcəksiniz. Belə ki, Yeniavaz.com-a müraciət edən bir oxucu bu şəkildə sms icazə alsa da cərimələndiyini bildirib: “Mən bir dəfə AZE seriyası ilə icazə aldım, daha sonra şəxsiyyət vəsiqəsinin seriyasının yerinə OYQ yazıb sms göndərdim. Bu dəfə də, cavab gəldi ki, siz yaşayış yerinizi 3 saat ərzində tərk edə bilərsiniz. Amma polis əməkdaşı həmin sms icazənin yalnız miqrantlar üçün nəzərdə tutulduğunu bildirdi və cərimə yazdı”.
Bəs nədir OYQ? OYQ-nin açılışı “Olduğun Yer üçün Qeydiyyat”dır. Bu sms-icazə üsulu yalnız Azərbaycanda müvəqqəti və ya daimi yaşama hüququ olan, vətəndaşlığı olmayan əcnəbilər üçündür. Bu şəkildə icazə alsanız və müraciətinizə müsbət cavab gəlsə belə cərimədən qaça bilməyəcəksiniz. Burada başqa bir sual ortaya çıxır ki, əgər sözügedən metod sırf ölkədə yaşayan əcnəbilər üçündürsə niyə sistem Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin nömrəsi ilə edilən müraciəti də qəbul edir? Məsələ ilə bağlı aidiyyatı qurumlardan münasibət almağımız mümkün olmadı.
Ehtiyatlı olun aldanmayın ki, cərimələnməyəsiniz.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam