Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

İranın səfiri: Azərbaycana başsağlığı mesajlarına görə minnətdarıq

Ali dini rəhbər daha təhlükəsiz yerə getmək əvəzinə hər zaman yaşadığı evində qalmağı üstün tutdu, bu onun hər zaman həyati prinsipi ilə üst-üstə düşür.

Yenixeber.org xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu mətbuat üçün brifinqdə deyib.

"Ali rəhbərimizin öldürülməsi ilə bağlı islam dünyasından reaksiyalar gəlməkdədir", - səfir deyib.

Diplomat Azərbaycan dövləti və xalqına başsağlığı mesajları ilə bağlı minnətdarlığını bildirib:

"Azərbaycan dövləti və xalqına minnətdaram ki, bu çətin dövründə başsağlığı mesajları ilə həmrəylik nümayiş etdirib. Prezident İlham Əliyevin Pezeşkiana başsağlığı mesajını da hamı görüb".

Səfir qeyd edib ki, iki ölkənin xarici işlər nazirləri arasında telefon danışığı olub, Azərbaycan öz ərazisindən İran əleyhinə istifadə edilə bilməyəcəyini ifadə edib:

"Təbii ki, biz buna hər zaman inanmışıq, Azərbaycanın ən yüksək vəzifəli şəxsləri bu mövqeyi hər zaman ifadə ediblər"



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam