Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

Bakı Forumunda qalmaqal:AzTV aşağılandı, Jurnalistlər təhqir olundu

 

Bu gün Bakıda keçirilən V Qlobal Bakı Forumunun ikinci günündə tədbirin təşkilatçılarından olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin direktoru Rövşən Muradov ilə bir sıra jurnalistlər arasında qarşıdurma yaşanıb.
Yenixeber.org:  "Ölkə.Az”-ın məlumatına görə, qarşıdurmanın yaranmasına səbəb Rövşən Muradovun jurnalistləri təhqir etməsi və Forumun işini işıqlandıran KİV nümayəndələrinin işinə kobud müdaxiləsi olub. 
Təşkilatçının jurnalistləri təhqir etməsi nəticəsində AzTV və Lider TV-nin əməkdaşları tədbiri işıqlandırmaqdan imtina ediblər.
Rövşən Muradov jurnalisti təhqir edən zaman bir sıra media mənsubları da həmkarlarının müdafiəsinə qalxıblar və jurnalistlərin peşə fəaliyyətinə görə təhqir olunmasına etiraz ediblər. Ancaq qarşıdurmanı daha da alovlandıran Rövşən Muradov isə daha da irəli gedərək, mətbuata tədbiri qadağan etməyi təklif edib.
Sonda Diasporla İşüzrə Dövlət Komitəsinin əməkdaşları isə yaranan gərginliyi sakitləşdirməyi bacarıblar. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam