Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

Xaricdə iş təklifi ilə aldadılanlar -VİDEO

 

Almaniyada işə düzəltmək adı ilə 6 min manat pulunu aldılar, üstəlik ağır cinayətlərə görə həbsdə olduğuna dair saxta sənəd hazırladılar. 

Yenixeber.org:  “Xəzər xəbər”ə istinadən xəbərə görə, Şamaxının Mirikənd kənd sakini Ramil Muradovun sözlərinə görə, 2015-ci ildə xarici ölkəyə gedərək işləmək istəyib. Qohumu ona Ağasif İbrahimov adlı bir nəfərin kömək edə biləcəyini deyib. Ağasif də Almaniyada işə düzəltmək üçün Ramil Muradovdan 6 min manat pul istəyib. Ramil də avtomobilini sataraq 3 min manat sentyabr ayında, 3 min manat isə oktyabrda ona pul verib.

Ramil Muradov deyir ki, evə gedib sənədləri oxuyanda gözlərinə inanmayıb. Məhkəmənin adından istifadə edilərək onun dəfələrlə həbsdə olması barədə saxta sənəd hazırlanıb.

Ramil Muradov aldadıldığını başa düşüb və dərhal hüquq-mühafizə orqanlarına xəbər verib. Zərərçəkmiş Ağasif İbrahimovdan pulu qaytarmağı tələb etdikdə isə ona hədə-qorxu gəliblər.

İndi Ramil Muradov həm pulunun geri qaytarılmasını, həm də saxta sənədlərlə haqqında xoşagəlməz məlumatlar hazırladığına görə Ağasif İbrahimovun qanun qarşısında cavab verməsini istəyir.

Dələduzluqda ittiham edilən Ağasif İbrahimovun da mövqeyini öyrənməyə çalışdıq. Lakin heç bir nömrəsinə zəng çatmadı.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam