Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Abdin Fərzəliyev zibil qutularının alınmasına ayrılan 600 mindən neçə faiz götürəcək -ARAŞDIRMA

Abşeron rayon İcra Hakimiyyəti məişət tullantıları daşınan dəmir konteynerlər üçün ehtiyat hissələrin satınalınması üzrə 15.09.2026-cı ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “FORİELLA” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 135.015,6 manat dəyərində müqavilə bağlanılıb. Məlumat satınalmaların portalında 13.11.2026-cı ildə dərc edilib.

Yenixeberorg.az: Şərtlər toplusuna görə “FORİELLA” MMC 22.12.2026-cı ilə qədər Abşeron rayon İcra Hakimiyyətini 1.000 ədəd diametri minimum 200-220mm, eni 50 mm olan təkər-tormozlu və 5.000 ədəd diametri minimum 200-220mm, eni 50 mm olan təkər-tormozsuz konteynerlərlə təmin etməlidir.
Qeyd edək ki, Abşeron rayon İcra Hakimiyyəti elə həmin gün, yəni 13.11.2026-cı ildə “BAKU UNIVERSAL SUPPLY” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə tullantıların daşınması üçün zibil qutularının satınalınması üzrə 463.032 manat dəyərində müqavilə bağlayıb.
Bu müqavilənin şərtlərinə görə qalib şirkət 22.12.2026-cı ilə qədər sifarişçi dövlət qurumunu 1.210 ədəd həcmi min 1,1 kub metr- max 1,2 kub metr və ya min 1100 litr- max 1200 litr eni min 90 sm-max 95 sm, uzunuluğu min 120 sm – max 130 sm, hündürlüyü min 120 sm-max 125 sm olmalı, min 2 mm-max 2.5 mm qalınlığında dəmirdən metal konteynerlə, 120 ədəd plastik zibil qabı (2 təkərli), 50 ədəd park üçün zibil qutuları ilə təmin etməlidir.
Qeyd edək ki, Abşeron rayon İcra Hakimiyyəti tərəfindən nəzərdə tutulmuş zibil qutularının satın alınması üzrə keçirilmiş açıq tenderin ehtimal olunan qiyməti 813.479,50 manat müəyyən edilib.
Dövlət satınalmalarının portalına yerləşdirilmiş bu məlumatdan da görsəndiyi kimi satınalan təşkilat olaraq Abşeron rayon İcra Hakimiyyətnin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı “BAKU UNIVERSAL SUPPLY” MMC-nin təklif etdiyi qiymətlər arasında kəskin fərq var.
Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.
Qeyd edək ki, ehtimal olunan qiymət satınalma prosedurunda mal, iş və xidmətlərin vergi və rüsumlar daxil olmaqla bazar şərtlərinə əsasən müəyyən edilən maksimum dəyəridir. Bu qiymət satınalan təşkilat tərəfindən təkliflərin qiymətləndirilməsi üçün istifadə edilir və bazarın təhlili, müqayisəli üsullar və ya statistik məlumatlar əsasında hesablanır və dövlət vəsaitlərindən səmərəli istifadə məqsədilə 10 faizdən çox güzəştə yol vermək olmaz.
Amma göründüyü kimi Abşeron rayon İcra Hakimiyyəti açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı, 50 faizə yaxın aşağı qiymət təqdim etmiş “BAKU UNIVERSAL SUPPLY” MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir. Bununla yanaşı keçirilmiş dövlət satınalmalarında saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.
Satınalmaların portalına yerləşdirilmiş bu məlumatlardan da görsəndiyi kimi, Abşeron rayon İcra Hakimiyyəti bir gündə tullantıların daşınması üçün zibil qutularının və ehtiyat hissələrin satınalınması üzrə ümumi dəyəri 598 047 manat olan iki satınalma müqaviləsi bağlayıb.
Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 45.3-cü maddəsinə görə satınalan təşkilat açıq tender və ya ikimərhələli tenderdən yayınmaq və (və ya) təchizatçılar arasında rəqabəti məhdudlaşdırmaq məqsədilə eyni xüsusiyyətli (xarakterli, növlü, tipli) və ya bu Qanunun 18.10-cu maddəsinə əsasən müəyyən edilən təsnifat kodları üzrə eyni sinifdə olan oxşar satınalma predmetini ayrı-ayrı hissələrə (müqavilələrə) bölə bilməz.
Belə olan halda Abşeron rayon İcra Hakimiyyəti eyni xüsusiyyətli (xarakterli, növlü, tipli) malların alınması üzrə satınalma predmetini hansı əsaslarla ayrı-ayrı hissələrə bölərək müqavilələr bağlayıb?
Bu Abşeron rayon İcra Hakimiyyəti tərəfindən yol verilən qanunsuzluqların bir tərəfi. Digər tərəfdən şərtlər toplusunda göstərilənlərə görə icra hakimiyyəti 135 min manata 6 min zibil konteyneri, 463 min manata isə 1.210 ədəd metal konteyner, 120 ədəd plastik zibil qabı, 50 ədəd zibil qutuları alacaq.
Bu nə qədər inandırıcı rəqəmlərdir. Belə çıxır ki, Abşeron rayon İcra Hakimiyyəti ümumi olaraq 7 330 ədəd zibil qabı alır. Bu rəqəmlər şərtlər toplusuna formal yazılıb, yoxsa şişirdilib icra hakimiyyətinin rəsmiləri daha yaxşı bilər. Bütün hallarda Abşeron rayon İcra Hakimiyyətinin zibil qutularının alınmasına ayırdığı 600 min manat dövlət vəsaitinin şişirdildiyi açıq aşkar görsənməkdədir. Bu pulların zibil qutularının alınmasından daha çox başqa məqsədlər üçün ayrıldığı da həmçinin.
Qeyd edək ki, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir. O, Prezident İlham Əliyevin 19 yanvar 2022-ci il tarixli Sərəncamı ilə sözügedən vəzifəyə təyin edilmişdir. Abdin Fərzəliyev 2003-2005-ci illərdə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı, 2005-2022-ci illərdə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
Mediada son dövrlər Abşeron rayon ərazisində qanunsuz tikililərlə bağlı çoxsaylı məlumatlar, şikayətlər yayılmaqdadır. Bu qanunsuz tikililərin başında İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin dayandığı bildirilir. Görsənən odur ki, qanunsuz tikililərdən qazandığından əlavə zibil qutularının alınmasından da gəlir götürəcək.Neçə faiz, bəlli deyil.

Aktualinfo.net


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam