Abşeron rayonunun Məmmədli qəsəbəsində, Mehdiabad-Digah-Məmmədli avtomobil yolu üzərində aparılan tikinti işləri bir sıra suallar doğurur. Ərazidə dəmir konstruksiyalar quraşdırılsa da, tikintinin hansı məqsədlə həyata keçirildiyi və kimə məxsus olduğu barədə ictimaiyyətə hər hansı məlumat təqdim olunmur.
Yenixeberorg.az: Diqqətçəkən əsas məqamlardan biri tikinti sahəsində məlumat lövhəsinin olmamasıdır. Belə ki, ərazidə sifarişçi və podratçı qurumların adı, tikintiyə icazə verən orqan, layihənin təyinatı və icra müddəti barədə məlumat əldə etmək mümkün deyil.
Məsələ ilə bağlı ərazidəki şəxslərdən açıqlama almağa çalışsaq da, cəhdlərimiz nəticəsiz qalıb. Çəkiliş apardığımızı görən şəxslər ərazinin qapısını açmaqdan imtina edib, jurnalistləri oradan uzaqlaşdırmağa çalışıblar. Nəticədə tikintinin məqsədi və hüquqi əsasları ilə bağlı suallar cavabsız qalıb.
Ortaya isə bir sıra suallar çıxır: Tikinti hansı layihə əsasında aparılır? Müvafiq icazə sənədləri mövcuddurmu? Əgər işlər qanuni əsaslarla həyata keçirilirsə, məlumatların ictimaiyyətə açıqlanmasından niyə çəkinilir?
Aidiyyəti qurumlardan Abşeron rayonunun Məmmədli qəsəbəsində, Mehdiabad-Digah-Məmmədli avtomobil yolu üzərində aparılan tikinti işlərini araşdırmağı və məsələyə aydınlıq gətirməyi xahiş edirik. Tikinti sahəsində şəffaflıq təmin edilməli, qanunvericiliyin tələblərinə əməl olunub-olunmadığı ictimaiyyətə açıqlanmalıdır.(patrul.az)
Daha ətraflı süjetdə:








AZ
RU
