Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Keçmiş arvadının qətli üçün killer tutan azərbaycanlı həbs edildi

Keçmiş arvadının qətli üçün killer tutan azərbaycanlı həbs edildi

Keçmiş həyat yoldaşının sifarişli qətlini hazırlamaqda ittiham olunan, Qardabani Bələdiyyə Məclisi sədrinin sabiq müavini və müxalif siyasətçi Rəfi Orucov barəsində həbs qətimkan tədbiri seçilib.

Yenixeberorg.az: Bu barədə qərarı Tiflis Şəhər Məhkəməsinin hakimi Mzia Qarsaulişvili qəbul edib.

Bugünkü məhkəmə iclasında təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə baxılıb. Prokurorluq onun həbs edilməsini, müdafiə tərəfi isə 50 min lari girov müqabilində azadlığa buraxılmasını istəyib. Hakim isə Orucov barəsində həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, Rəfi Orucova Cinayət Məcəlləsinin 18-109-cu maddəsi ilə ittiham irəli sürülüb. Həmin maddə 20 ilədək, yaxud ömürlük azadlıqdan məhrumetmə cəzasını müəyyən edir.

İttiham tərəfinin məlumatına görə, Rəfi Orucov boşandıqdan sonra qısqanclıq zəminində yaranan münaqişə səbəbindən keçmiş həyat yoldaşının sifarişli qətlini təşkil etmək qərarına gəlib. O, tanışına müraciət edərək 25 min ABŞ dolları müqabilində muzdlu qatil tapmağı tapşırıb.

İttihama əsasən, Orucov qətlin onların üç azyaşlı övladının anasının yanında olmadığı vaxt törədilməsini istəyib.(oxu.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam