Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Azərbaycan və Gürcüstan Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasını müzakirə edib-FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Bakıda keçirilən görüşdə Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasını müzakirə ediblər.

Yenixeberorg.az xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.

Tərəflər ticari-iqtisadi əlaqələrin dərinləşdirilməsi perspektivlərini, strateji tərəfdaşlığı, eləcə də cari və planlaşdırılan birgə regional layihələri nəzərdən keçirərək onların əhəmiyyətini vurğulayıblar.

Nəqliyyat-logistika sahəsində əməkdaşlıq, Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılması və regional infrastrukturun inkişafı xüsusilə diqqət mərkəzində olub. Gürcüstan tərəfi Anakliya limanının, yeni Vaziani beynəlxalq hava limanının tikintisi və dəmir yolunun modernləşdirilməsi də daxil olmaqla cari və planlaşdırılan irimiqyaslı layihələri təqdim edib.

Qeyd olunub ki, 2026-cı ilin ilk doqquz ayı ərzində Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsi 14 % artaraq 1,1 milyard ABŞ dollarını ötüb. M.Kvrivişvili həmçinin Gürcüstanın investisiya və işgüzar mühiti, iqtisadiyyatın inkişafı üzrə dövlət təşəbbüsləri və həyata keçirilən layihələr barədə M.Cabbarova məlumat verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam