Redaktor seçimi
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Günün xəbəri

Rusiya qırıcısı ABŞ bombardmançısını belə silkələdi-VİDEO

 

 Pentaqon Qara dəniz üzərində uçuş zamanı ABŞ Hərbi Hava Qüvvələrinin B-52 bombardmançısının Rusiya qırıcısı tərəfindən təhlükəli şəkildə sıxışdırıldığı haqda bəyanat yayıb.

Yenixeber.org: “Military Times” xəbər verir ki, ABŞ strateji bombardmançısı Qara dənizin beynəlxalq suları üzərində “planlaşdırılmış uçuş” həyata keçirərkən Rusiya Hava Kosmik Qüvvələrinin  Su-27 qırıcısı onun “tutulması” üçün havaya qaldırılıb. Rusiya pilotları təhlükəli və qeyri-peşəkar şəkildə hərəkət ediblər, onlar B-52 bombardmançısının yolunu bir neçə dəfə kəsiblər, 30 metrliyinə qədər yaxınlaşıblar və manevr edərək qanadlarının altındakı raketləri nümayiş etdiriblər.

Üstəlik forsaj verərək turbulentlik yaradıblar və B-52 bombardmançısının manevr imkanlarını məhdudlaşdırıblar. Pentaqon insidentə dair B-52 bombardmançısının göyərtəsindən çəkilmiş görüntüləri də təqdim edib.

 Bundan əvvəl Suriyada ABŞ və Rusiya hərbi patrullları arasında toqquşma baş vermişdi və Rusiya ordusunun zirehli transportyoru amerikalı hərbçilərin zirehli avtomobilni vuraraq yoldan çıxarmışdı. Bu zaman 4 amerikalı hərbçi xəsarət alıb. İnsidentin ardınca iki ölkənin silahlı qüvvələrinin Baş qərargah rəisləri arasında telefon danışığı olub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam