Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

Koronavirusun dərmanı tapıldı- İngiltərə əczaçılıq şirkətindən yenilik

İngiltərə əczaçılıq şirkəti "GlaxoSmithKline" (GSK) koronavirus riski olan xəstələrin ölüm riskini yüzdə 85 faiz azaldan bir dərman hazırladıqlarını açıqlayıb.

Yenixeber.org: Şirkətdən verilən açıqlamaya görə, "VIR-7831" adı verilən dərman Kaliforniyada yerləşən "Vir Biotechnology" ilə ortaq şəkildə hazırlanıb.

Covid-19-a yoluxmuş və xəstəxanaya yerləşdirilməli olan 583 xəstənin iştirak etdiyi testlərdə, monoklonal antikor müalicəsinə əsaslanan dərmanın hələlik yüngül və orta dərəcəli ölüm hallarını 85 faiz azaltdığı müəyyən edilib.

Dərmanın həm virusun sağlam hüceyrələrə girməsinin qarşısını aldığı, həm də yoluxmuş hüceyrələrin təmizlənməsinə kömək etdiyi təyin olunub. 

Hal Barron dərmanın xəstələrə faydasından məmnun olduqlarını və ən qısa müddətdə “VIR-7831”-i dünyaya təqdim etmək istədiklərini bildirib. 

Onu da qeyd edək ki, son dərəcə ümidverici bir müalicə olaraq görülsə də, istehsalının çox bahalı olması onun geniş istifadəsini məhdudlaşdıra bilər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam