Redaktor seçimi
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
Günün xəbəri

Azərbaycanın Bütövlük Platforması elan olundu -FOTOLAR

Bu gün Azərbaycanın Bütövlük Platformasının təsis toplantısı keçirilib.

Yenixeber.org: Toplantını giriş sözü ilə açan təşəbbüs qrupunun sədri Bəhram İsmayılov təşkilatın məram və məqsədlərindən danışaraq bildirdi ki, həm Azərbaycan Respublikasının güclənməsi, həm Güney Azərbaycanda aparılan istiqlal mücadiləsinə dəstək, həm də Türk Dövlətlərinin inteqrasiyasının sürətlənməsi üçün insanlarımızın aktiv ideoloji-siyasi mübarizəsini, təşkilatlanmasının vacibliyini əsas hesab edərək biz Azərbaycanın Bütövlük Platformasını təsis etmək qərarına gəldik. 

Toplantıda Azərbaycan Xalq Partiyası sədri Pənah Hüseyn, Milli Şair Rüstəm Behrudi, Ümid Partiyasının sədr müavini Taleh Əliyev, VHP Ali Məclisinin sədri Felmar Ələkbərli, BAXCP sədr müavini Əli Həziquliyev, hərəkatçı Elçin Paşayev və başqaları çıxış edərək ABP-nin yaranma zərurəti, fəaliyyəti və ideyası haqqında danışıblar. 

Çıxışlarda bildirilib ki, Azərbaycanın Bütövlük Platforması Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparan şəxsləri və ictimai qurumları birləşdirən ideoloji hərəkatdır. ABP - nin məqsədi Azərbaycan xalqının öz tarixi torpaqlarında bütöv, milli, hüquqi, demokratik və dünyəvi dövlətinin qurulmasıdır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam