Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Ərdoğan Sinan Oğanı da Azərbaycana gətirir

 

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək.

Yenixeber.org: O, nümayəndə heyəti ilə birlikdə Bakıda bir sıra bəyanatlar səsləndirəcək.

"Yeni Şafak" qəzetinin məlumatına görə, Ərdoğanı müşayiət edəcək komandada prezident seçkilərinin ilk turunda iştirak edən ATA İttifaqının namizədi Sinan Oğan da olacaq.

Qəzet qeyd edib ki, Sinan Oğanın iki ölkənin nümayəndə heyətləri arasında keçiriləcək görüşlərdə iştirak edəcəyi gözlənilir.

Xatırladaq ki, Ərdoğan həmkarı İlham Əliyevlə görüşəcək. İki lider Ankara-Bakı xəttində əməkdaşlığın daha da artırılmasını qiymətləndirəcəklər. Dövlət başçıları Azərbaycan və Ermənistan arasında dialoq prosesində əldə olunan irəliləyişi də müzakirə edəcəklər. Qafqazda daimi sülh və sabitliyin təmin olunması üçün mesajlar veriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam