Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Ukraynada döyüşlər şiddətlənir -İrəliləyiş var

“Kiyevin Rusiyaya qarşı başlatdığı hücumdan sonra ölkənin bəzi bölgələrində son dərəcə şiddətli toqquşmalar baş verib”.

Yenixeber.org: Bunu Ukrayna müdafiə nazirinin müavini Hanna Maliar məlumat yayıb.

Maliar Ukrayna qüvvələrinin şərqdə Baxmuta qədər irəlilədiyini və cənubda Zaporojyaya yaxınlaşdığını, lakin Rusiyanın bəzi bölgələri çox möhkəm müdafiə etdiyini açıqlayıb.

O əlavə edib ki, Ukrayna əsgərləri Baxmuta 200-500 metr, Zaporojyaya isə 300-500 metr yaxınlaşıblar.

Ötən gecə Rusiya Ukraynanın bir çox şəhərlərinə raket və pilotsuz təyyarələrlə hücumlar təşkil edib. Ukrayna rəsmilərinin verdiyi məlumata görə, Odessa liman şəhərinə pilotsuz uçuş aparatları ilə edilən hücumlarda 3 nəfər həyatını itirib.

Rusiya prezidenti Vladimir Putinin ordusunda raket və pilotsuz təyyarə çatışmazlığı ilə bağlı açıqlamasına baxmayaraq, son həftələrdə Rusiyanın Ukraynaya endirdiyi zərbələrin sayı artıb.

Ukrayna isə həftənin əvvəlində Rusiyanın əlində olan əraziləri geri almaq üçün əks-hücum əməliyyatına başladığını elan edib. Kiyev iddia edir ki, əks-hücum başlayandan bəri Ukrayna ordusu 7 yaşayış məntəqəsini və ən azı 90 kvadrat kilometr ərazini geri alıb.

Amma iki döyüşən tərəf bir-birinə zidd iddialar irəli sürür və cəbhədə həqiqəti qiymətləndirmək çətindir; Ukrayna irəlilədiyini, Rusiya isə hücumları dəf etdiyini iddia edir.

Qərb ekspertləri Kiyevə xəbərdarlıq edirlər ki, ruslar asanlıqla geri çəkilməyəcək və çox yaxşı müdafiə taktikasına malik olacaqlar və bu səbəbdən əks-hücum Ukrayna üçün “baha” başa gələ bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam