Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Qəzza ilə bağlı danışıqlarda razılıq əldə olunmadı -AÇIQLAMA

      Qəzzada əməliyyatların sonlandırılması ilə bağlı Qahirədəki danışıqlar başa çatıb, razılıq əldə olunmayıb.

Yenixeber.org: Bu barədə misirli rəsmi mənbə məlumat yayıb.

Mənbənin sözlərinə görə, HAMAS-ın nümayəndə heyəti Qahirəni tərk edib, lakin danışıqlar gələn həftə davam etdiriləcək.

"Associated Press"in məlumatına görə isə, HAMAS birinci mərhələ kimi bu razılaşmanın əsas şərtləri üzərində razılaşıb, lakin bunun sonda daimi atəşkəsə gətirib çıxaracağına dair öhdəliklər istəyir.

HAMAS bəyan edib ki, İsrail ərazisini tam şəkildə tərk etmədən qalan israilli girovların hamısını azad etməyəcək. O, həmçinin çoxlu sayda məhbusun, o cümlədən kütləvi insan tələfatına görə ömürlük həbs cəzası çəkən terrorçuların israilli girovların əvəzində azad edilməsini tələb edir.

İsrail tərəfi isə HAMAS məhv edilənə və bütün girovlar azad edilənə qədər döyüşləri davam etdirəcəyini və yalnız müvəqqəti atəşkəsə razılaşacağını bildirib. Misir rəsmiləri deyirlər ki, vasitəçilər hələ də iki tərəfə mövqelərini yumşaltmaq üçün təzyiq edirlər.("Al-Qahera News")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam