Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Parisdə aksiya keçirilir -SƏBƏB

Parisdə bahalaşma və polislərin silah tətbiqi ilə bağlı qanun layihəsinə qarşı aksiya keçirilir
Fransanın paytaxtı Parisdə bahalaşmaya, uşaqlara qarşı zorakılığa və polis əməkdaşlarının silah tətbiqi ilə bağlı qanun layihəsinə etiraz olaraq genişmiqyaslı aksiya keçirilir.

Yenixeberorg.az: “Sarı jiletlilər”in koordinasiyası ilə təşkil olunan və gənclər təşkilatları, həmkarlar ittifaqları və digər hərəkatların dəstəklədiyi yürüş Respublika meydanından Millət meydanına qədər davam edir.

Bildirilib ki, Paris Polis Prefekturası aksiyanın keçirilməsinə icazə verib. Aksiyada müxtəlif təşkilatlar, o cümlədən CGT, FSU və FO-nun Paris regionundakı strukturları ilə yanaşı, insan hüquqları təşkilatları və uşaq hüquqlarını müdafiə edən qruplar iştirak edir.

Nümayişçilər həyatın bahalaşmasına, uşaqlara və yeniyetmələrə qarşı zorakılığa, həmçinin hüquq-mühafizə orqanlarının silah tətbiqinin qanuni hesab edilməsinə dair qanun layihəsinə etiraz edirlər.

Fransanın daxili işlər naziri Loran Nünez bildirib ki, aksiyanın təhlükəsizliyinin təmin olunması üçün şənbə günü ölkə üzrə təxminən 70 min polis və jandarm əməkdaşı xidmətə cəlb ediləcək.

Qeyd edək ki, noyabrın 17-də Fransada dövlət qulluğu həmkarlar ittifaqlarının çağırışı ilə ayrıca etiraz aksiyaları və tətil keçirilməsi planlaşdırılır.(AFP)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam