Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Rusiyanın tank kolonu məhv edildi –“Tısbağa tanklar” da kömək etmir...

Son zamanlar Rusiya ordusu cəbhədəki tanklarının üzərinə dam örtüyünü xatırladan metal “zireh” qaynaq edir. Üzərində bu cür “qoruyucu zireh” olan T-72 tankları "tısbağa tankları" adını alıb.

Yenixeber.org: Rusiyanın Ukraynadakı Krasnoqorovka yaşayış məntəqəsinə “tısbağa tankları” ilə hücumu uğursuzluğa düçar olub. Bu barədə Almaniyanın “BILD” nəşrinin tanınmış hərbi analitiki Julian Repke məlumat verib. O, qeyd edib ki, bir neçə gün əvvəl Rusiya zirehli texnikası kolonu Marinkadan ayrılaraq, əlavə canlı qüvvəni çatdırmaq üçün qızğın döyüşlərin getdiyi Krasnoqorovkaya doğru hərəkət edib: “Kolonun başında adi tank, arxasında isə piyadaların olduğu dörd metal örtüklü "tısbağa tankı" olub. Onlar dəmiryol relsləri boyunca təxminən 7 km məsafə qət ediblər. Lakin Ukrayna Silahlı Qüvvələrinin zərbəsindən sonra yalnız bir tank geri qayıda bilib”.

Repke qeyd edib ki, Krasnoqorovadakı Rusiya işğalçıları hazırda çətin vəziyyətdədir, çünki onlar praktiki olaraq dəstəkdən məhrumdurlar. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələri rusları Krasnaqorovkanın rayonlarının birindən çıxardıqlarını bildiriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam