Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Aynur Elgünəş əməliyyat olunub

Aynur Elgünəş

“Meydan” TV işi üzrə həbsdə olan jurnalist Aynur Elgünəş əməliyyat olunub.

Yenixeberorg.az: Vəkil Elçin Sadıqov bildirib ki, cərrahiyyə əməliyyatı dünən Mərkəzi Gömrük Hospitalında icra olunub.

Qeyd edək ki, Aynur Elgünəş bir qədər əvvəl böyrəyində yaranan ciddi problemlər səbəbindən Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə yerləşdirilmişdi.

Xatırladaq ki, 2024-cü ilin dekabr ayında "Meydan" TV işi üzrə Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov, Aysel Umudova saxlanılıb.

Onların barəsində həbs-qətimkan tədbiri seçilib. Bakı Şəhər Baş Polis İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

2025-ci ilin fevral ayında iş üzrə “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa, daha sonra jurnalistlər Fatimə Mövlamlı və Nurlan Qəhrəmanlı (Libre) həbs olunub. Mart ayında jurnalist Ülviyyə Əli (Quliyeva) barəsində həbs qətimkan seçilib. Avqust ayında isə foto-müxbir Əhməd Muxtar həbs edilib.

“Meydan" TV ilə bağlı cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı davam edir.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam