Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Putin və Paşinyan razılaşıblar:Rusiya sərhədçiləri ilə bağlı...

Putin və Paşinyan Rusiya hərbçilərinin "Zvarnots" aeroportu ilə bərabər Azərbaycanla sərhəddəki məntəqələri tərk etməsini razılaşdırıblar - YENİLƏNİB

Rusiya sərhədçilərinin “Zvartnots” hava limanında və Azərbaycanla sərhəddəki məntəqlərdə fəaliyyətinin dayandırılması ilə bağlı razılaşmanın əldə olunması xəbəri təsdiqlənib.

Yenixeber.org: Bu barədə Ermənistan parlamentində “Vətəndaş müqaviləsi” fraksiyasının rəhbəri Hayk Konjoryan "Facebook" hesabında bildirib.

"Əldə edilən razılaşmaya əsasən, 44 günlük müharibə zamanı və ondan sonra Tavuş, Sünik, Vayots Dzor, Qeqarkunik, Ararat marzedə yerləşən Rusiyanın sərhəd qoşunları və hərbi məntəqələri fəaliyyətini dayandıraraq həmin məntəqələrdən çıxacaq. Rusiya sərhədçilərinin “Zvartnots” hava limanında fəaliyyətinin dayandırılması barədə qərar da ən yüksək səviyyədə təsdiqlənib", Ermənistan rəsmisi bildirib.

Qeyd edək ki, Rusiya sərhədçiləri 44 günlük müharibədən sonra, Ermənistan Baş naziri Nikol Paşinyanın daha sonra elan etdiyi kimi, mandat və razılaşma olmadan Tavuş və Sünikdə yeni bazalar yaradıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam