Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

ATƏT-in fəaliyyətdə olan sədri Ermənistan və Azərbaycana səfər edəcək

ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq Ermənistan və Azərbaycana səfər edəcək

Yenixeber.org: ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər, Avropa işləri və ticarət naziri Yan Borq mayın 13-də Ermənistana gedib, ATƏT-in saytı bildirib.

Yerevanda nazir Borq baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, Milli Məclisin sədri Alen Simonyan və ATƏT Parlament Assambleyasında Ermənistan nümayəndə heyətinin üzvlərilə görüşəcək.

Diqqət mərkəzində ATƏT və Ermənistan arasında əməkdaşlıq, həmçinin davamlı sülhün təşviqi və möhkəmləndirilməsi, ATƏT regionunda münaqişələrin həlli olacaq.

Mayın 14-də Yan Borq Azərbaycana gələcək, prezident İlham Əliyev, baş nazir Əli Əsədov, xarici işlər naziri Ceyhun Bayramov və Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, həmçinin ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvlərilə görüşəcək.

Səfər ATƏT-in uzunmüddətli, davamlı sülhün təşviqində və ATƏT regionunda münaqişələrin həllində iştirakına həsr olunacaq, məlumatda deyilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam