Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

3 mindən çox məhkum müharibədə iştirak etmək istəyir

Ukraynada 3 mindən çox məhkum müharibədə iştirak üçün müraciət edib

Üç min nəfərdən çox məhkum müharibədə iştirak etmək üçün şərti azadlığa buraxılması ilə bağlı müraciət edib.

Yenixeber.org: Bunu Ukraynanın ədliyyə nazirinin müavini Olena Vısotska deyib.

O bildirib ki, əvvəlki sorğularda bu göstərici 4,5 min nəfər olub. Nazir müavininin sözlərinə görə, ərizə-anketi dolduranların heç də hamısı orduya cəlb edilməyəcək:

“Əvvəlcə onlar müayinələrdən keçiriləcək. Əgər yoluxucu və təhlükəli xəstəliklər aşkarlansa belə, şəxslər səfərbərlikdən kənarda qalacaq. Bizə məlum olan rəqəmlər nisbidir, çünki müharibədə iştirak etmək istəyən məhkumların sayı daha çox ola bilər. Hazırda haqqında bəhs etdiyim bütün şəxslər müvafiq müayinələrdən keçir. Bundan sonra isə onlar məhkəmənin qərarı ilə şərti olaraq azadlığa buraxılır. Bu qəbildən olan şəxslər müqavilə bağlamaqdan imtina edirsə, onları 10 ilədək həbs cəzası gözləyir”.

Qeyd edək ki, məhkumların müharibədə iştirakına icazə verən sənəd mayın 8-də ikinci oxunuşda qəbul edilib. Ukrayna lideri Vladimir Zelenski həmin qanunu 17 may tarixində imzalayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam