Yenixeberorg.az: SEPAH-ın yaydığı bəyanata görə bir neçə saat əvvəl Sirik şəhərində rabitə qülləsinə qarşı həyata keçirilən hava hücumuna cavab olaraq, SEPAH-ın Aerokosmik Qüvvələri Bəhreyndəki ABŞ radarını vurub.
Bəyanatda bunun Hörmüz boğazında hava təxribatlarına və neft qaçaqmalçılığına son qoyulması üçün qarşı tərəfə ciddi xəbərdarlıq olduğu bildirilib.
Qeyd olunub ki, pozuntular və hücumlar təkrarlanarsa, SEPAH-ın Aerokosmik Qüvvələri sərhədsiz cavab tədbirləri görmək üçün tam döyüş hazırlığı vəziyyətindədir.
Həmçinin düşmənin təsiri altına düşən və qaydaları pozan şirkətlərin daha ciddi cəzalarla üzləşəcəyi bildirilib.









AZ
RU