Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

ABŞ-ın Rusiyadakı səfiri demarş edildi -SƏBƏB

ABŞ Senatı Linn Treysini Rusiyadakı yeni səfir kimi təsdiqləyib

ABŞ-nin Rusiyadakı səfiri Linn Treysi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Yenixeber.org: Bu barədə Rusiya XİN məlumat yayıb.

"İyunun 24-də Rusiya Xarici İşlər Nazirliyində ABŞ-nin Rusiyadakı diplomatik missiyasının çağırılmış rəhbəri L.Treysi ilə söhbət zamanı ona Vaşinqtonun himayə etdiyi və silahlandırdığı Kiyev rejiminin Sevastopolun mülki əhalisinə hədəflənmiş raket hücumu, çoxsaylı itkilərə səbəb olan yeni qanlı cinayəti ilə bağlı demarş edib.

Rusiyaya qarşı hibrid müharibə aparan və faktiki olaraq münaqişə tərəfinə çevrilən ABŞ-nin Ukrayna Silahlı Qüvvələrini ən müasir silahlarla təmin etdiyi vurğulanıb.

Qeyd olunub ki, Sevastopol sakinlərinə qarşı istifadə edilən kaset başlıqlı ATACMS raketləri, onların hədəfə alınması və uçuş missiyalarının tətbiqi Amerika hərbi mütəxəssisləri tərəfindən həyata keçirilir, bu vəhşiliyə görə Kiyev rejimi ilə bərabər məsuliyyət daşıyır.

Səfirə bildirilib ki, Vaşinqtonun Rusiya ərazisinin dərinliklərinə zərbə endirmək icazəsi verməklə, Ukraynanın nasistyönlü hakimiyyətini “son ukraynalıya” qədər döyüşləri davam etdirməyə sövq etmək məqsədi daşıyan bu cür hərəkətləri cəzasız qalmayacaq. Cavab tədbirləri mütləq davam edəcək", deyə Rusiya XİN-nin yaydığı məlumatda qeyd olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam