Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Aİ Ukraynaya 1,4 mlrd. avroluq hərbi yardımı təsdiqlədi

Aİ Ukraynaya hərbi yardım paketini və Rusiyaya yeni sanksiyaları nəzərdən keçirir

Avropa İttifaqı Ukraynaya Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına maliyyələşdirilən hərbi yardım paketini təsdiqləyib.

Yenixeber.org: Bu barədə DPA diplomatik mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, Avropa İttifaqına üzv ölklərin xarici işlər nazirləri bugünkü iclasda Ukraynaya Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına maliyyələşdirilən 1,4 milyard avro (1,5 milyard dollar) dəyərində hərbi yardım paketini təsdiqləyib.

Bu vəsait Ukraynaya Yardım Fondu (UAF) vasitəsilə Ukraynaya yönəldiləcək. "Politico"nun xəbərinə görə, bu maliyyə yardımı, adətən UAF-da olduğu kimi, kompensasiya üçün deyil, sursat və hava hücumundan müdafiə sistemləri kimi dəstin birbaşa alınması üçün istifadə olunacaq. Məbləğin dörddə biri Ukrayna sənayesindən alışlara sərf olunacaq.

Aİ-nin baş diplomatı Cozep Borrell Aİ xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclasından əvvəl jurnalistlərə açıqlamasında bildirmişdi ki, bu yardım Ukraynaya tez çatmalı və "hər hansı blokadaya yol verməməlidir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam