Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Böyük Britaniya qarışdı -saxlanılanlar var

Böyük Britaniyada iğtişaşlar - Onlarla insan saxlanıldı

Şənbə günü Böyük Britaniyanın bir çox şəhərində keçirilən anti-immiqrant etirazları zamanı onlarla insan saxlanılıb.

Yenixeber.org: Britaniya mediası Sautportda 3 uşağın öldürülməsindən sonra ifrat sağçı qüvvələrin təşkil etdiyi etiraz aksiyalarının bir çox yerdə polislə toqquşma və talanlarla başa çatdığını yazıb.

Polisin yaydığı məlumata görə Lankaşirdə 20, Staffordşirdə 10, Liverpulda 6, Kinqston-apon-Hallda 4, Harlepulda isə 11 və 14 yaşlı iki yeniyetmə, zorakılıq tətbiq etdikləri üçün saxlanılıb.

İğtişaşların axşam saatlarına qədər davam etdiyi Bristolda çoxlu etirazçının həbs edildiyi bildirilir. Belə aksiyalarda polis adətən müşahidə kameralarından istifadə edir və sonrakı günlərdə həbslərin sayı artır.

“Sky News“un yaydığı görüntülərə görə, Mançesterdəki etirazlar zamanı bir qrup şəxs ərzaq mağazasını, Liverpulda isə mobil telefon mağazası da daxil olmaqla daha bir neçə satış məntəqəsini qarət edib. Belfastda avtomobil və kafe yandırılıb, Kinqston-apon-Hallda isə bir neçə mağazanın şüşələri sındırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam