Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

"Ukraynada taktiki nüvə silahları da var" -Şok iddia

Pion

Ukraynaya taktiki nüvə silahları verilib.

Yenixeber.org: Bu iddia ilə Rusiya Siyasi İnformasiya Mərkəzinin baş direktoru, politoloq Aleksey Muxin çıxış edib.

Onun sözlərinə görə, F-16 qırıcılarının Ukraynaya çatdırılması taktiki nüvə silahlarının da ötürüldüyündən xəbər verir:

"Birincisi, F-16-lar artıq mövcuddur və əminəm ki, Ukraynada taktiki nüvə silahları da var".

"Nyusvik" nəşri məsələ ilə bağlı qeyd edib ki, Qərbin ukraynalılara nüvə silahı göndərdiyinə dair heç bir sübut yoxdur. Ukrayna Budapeşt Memorandumu çərçivəsində Rusiya və ABŞ-ın təhlükəsizlik zəmanəti müqabilində nüvə arsenalından imtina edib. Buna baxmayaraq, kremlyönlü media və rəsmilər 2022-ci ilin fevralında Rusiyanın işğalı başlayandan bəri dəfələrlə nüvə silahı haqqında xəbərlər yayıblar.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam