Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Fransa hökumətinin yeni tərkibi AÇIQLANDI

Fransa hökumətinin yeni tərkibi TƏSDİQLƏNDİ

Fransanın yeni hökumətinin tərkibi rəsmi surətdə elan olunub. "Bu, Beşinci Respublikanın başlanğıcından bəri ən incə hökumətin tərkibinin müəyyən edilməsidir", -deyə Emmanuel Makronun partiyasının nümayəndəsi deyib.

Yenixeber.org: Məlumata görə, Mişel Barnyenin hökumət komandası prezident koalisiyasının müxtəlif partiyalar və sağçılar arasında iki həftədən çox davam edən çətin danışıqlardan sonra elan edilib. 39 nazir, portfelsiz nazir və dövlət katibinin siyahısını Yelisey Sarayının baş katibi Aleksis Kohler açıqlayıb.

Mişel Barnyerin rəhbərlik etdiyi yeni hökumət yayda keçirilmiş parlament seçkilərində məğlub olan mərkəzçi və sağçılardan ibarət iki düşərgəni bir yerə cəmləşdirir. Protokol qaydasında adı çəkilən ilk şəxs 2014-cü ildən Senatdakı Respublikaçılar qrupunun sədri və indi daxili işlər naziri olan Bruno Rötayodur. Nazirlər Şurasında onu kənd təsərrüfatı naziri Enni Jenevard və Avropa və xarici işlər naziri Jan-Noel Barot müşayiət edəcək.

Kohler 20 qadın və 19 kişidən ibarət hökumətin tam tərkibini təqdim edib. Əvvəlki hökumətdən mədəniyyət naziri Raşida Dati və müdafiə naziri Sebastyan Lökornü əvvəlki vəzifələrdində qalıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam