Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Sorğu: Britaniyalılar Sunakın keçmiş hökumətini leyboristlərdən üstün tutublar

 

Britaniyalılar mühafizəkar Rişi Sunakın əvvəlki nazirlər kabinetini Leyborist Partiyasından olan baş nazir Kir Starmerin hazırkı hökumətinə üstün tuturlar.

Yenixeber.org xəbər verir ki, bu, leyboristlərin iqtidara gəlməsindən üç ay keçməmiş “More in Common” araşdırma mərkəzi tərəfindən keçirilmiş ictimai rəy sorğusunun nəticələrindən bəlli olub.

Nəşr qeyd edir ki, sorğuda iştirak edənlərin 31 %-i keçmiş hökumətə üstünlük verəcəklərini bildiriblər, 29 % respondent isə hazırkı nazirlər kabinetindən razıdır.

Sorğuda iştirak edənlərin yalnız 22 %-i üç ay əvvəl inamlı qələbəyə baxmayaraq, Leyborist Partiyasının növbəti seçkilərdə hakimiyyəti saxlaya biləcəyinə əmin olduqlarını söyləyiblər. Starmerin rəhbərlik etdiyi partiya parlamentin aşağı palatası olan 650 yerlik İcmalar Palatasına 412 deputat keçirə bilmişdi. Bununla yanaşı, respondentlərin 33 %-i indi leyboristləri dəstəklədiklərinə, 5 %-i isə torilərə səs verdiklərinə təəssüf edirlər.

Sorğuda ümumilikdə Birləşmiş Krallığın 2 080 yetkinlik yaşına çatmış sakini iştirak edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam