Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Trampın kürəkəni Yaxın Şərqdə “əsas fiqur” olacaq

Kared Kuşnerin Yaxın Şərqin bir çox liderləri ilə yaxşı münasibətləri var

Yenixeber.org: ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın kürəkəni Kared Kuşner yeni administrasiyanın Yaxın Şərqdəki səylərində əsas rol oynayacaq. Bu barədə CNN öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbə qeyd edib ki, Kuşner çətin ki, rəsmi vəzifə tutsun, lakin Trampın regiondakı siyasətində “əsas fiqur” olacaq. Belə ki, Ağ Evin yeni rəhbərinin kürəkəninin Yaxın Şərqin bir çox liderləri ilə yaxşı münasibətləri var.

Bundan əvvəl “Financial Times” Trampın kürəkəninin respublikaçıların yeni administrasiyası dövründə Ağ Evə qayıtmayacağını yazıb. Qəzet qeyd edib ki, Kuşner əvvəlki səlahiyyət müddətində ABŞ Prezidentinin baş müşaviri olub və İsrail, BƏƏ, Bəhreyn, Sudan və Mərakeş də daxil olmaqla bir sıra ərəb dövlətləri arasında diplomatik əlaqələr quran “İbrahim razılaşması” danışıqlarında əsas rol oynayıb.

Kuşner bir neçə dəfə hökumətə qayıtmaqda maraqlı olmadığını bildirib, lakin Trampın qələbəsi və Yaxın Şərqdəki hazırkı böhran onun fikrini dəyişməsinə səbəb ola bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam