Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Bayden ATACMS raketləri ilə Rusiyanı vurmağa icazə verdi

news content

Prezident Bayden ilk dəfə Ukraynaya Rusiyaya zərbə endirmək üçün uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verib.

Yenixeber.org: Məlumata görə, söhbət məsafəsi 300 kilometrə çatan ATACMS Amerika ballistik raketlərindən gedir.

NYT həmsöhbətlərinin sözlərinə görə, bu silahlar böyük ehtimalla ilkin olaraq Kursk bölgəsində Rusiya və Şimali Koreya qoşunlarına qarşı istifadə olunacaq.

NYT-nin məlumatına görə, Rusiya hərbçiləri Kursk bölgəsində Ukrayna mövqelərinə qarşı Şimali Koreya hərbçiləri də daxil olmaqla 50 minə yaxın əsgəri cəlb edəcək böyük hücuma keçmək üzrədir.

Ukraynalılar Rusiya və Şimali Koreya qoşunlarına, hərbi texnikaya, logistika qovşaqlarına, silah-sursat anbarlarına və Rusiyanın dərinliklərində təchizat xətlərinə zərbələr endirmək üçün ATACMS raketlərindən istifadə edə bilər.

NYT yazır ki, Baydenin prezidentlik müddətinin bitməsinə və Donald Trampın vəzifəyə başlamasına iki ay qalmış qərarı ABŞ siyasətində böyük dəyişiklikdir.(“New York Times”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam